İcra başçısı Musa Şəkiliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 manat vəsait köçürdü

15:12 | 26 Mart, 2020

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də bu təşəbbüsə qoşulub və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 (iki min) manat vəsait köçürüb.

Facebookda şərh edin