“Payız 74” Mağazalar Şəbəkəsinin sahibi, iş adamı Mahir Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 manat vəsait köçürdü

15:17 | 26 Mart, 2020

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Qax rayonunda fəaliyyət göstərən “Payız 74” Mağazalar Şəbəkəsinin sahibi, iş adamı Mahir Bayramlı da bu təşəbbüsə qoşulub və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 (üç yüz) manat vəsait köçürüb.

Facebookda şərh edin