Mübariz Əhmədzadə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 manat vəsait köçürdü

18:03 | 26 Mart, 2020

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də bu təşəbbüsə qoşulub və Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 (iki min) manat vəsait köçürüb.

Facebookda şərh edin