Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

17:41 | 1 Aprel, 2020

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Facebookda şərh edin