Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb

18:17 | 2 Aprel, 2020

Azərbaycanda koronavirusa yoluxanların sayı artıb.

“Report”un xəbərinə görə, virusa yoluxanların sayı 400 nəfərə çatıb.

Həmin xəstələrdən 8-nin vəziyyət ağır, 11-i orta ağırdır. Yerdə qalanların vəziyyəti sabitdir.

Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib.

Facebookda şərh edin