Azərbaycanlı alimin koronavirusla bağlı təklifi ABŞ-da sınaq mərhələsindədir – COVID-19-a qarşı antitela testi işlənib hazırlanır

01:34 | 3 Aprel, 2020

Dünyanı bürüyən Koronavirus (COVID-19) pandemiyasına qarşı artıq qabaqcıl elm mərkəzləri vaksin hazırlayıb tapmağa çalışırlar. Bir çox ölkələr bu virusa qarşı vaksini hazırladıqlarını bəyan etsələr də, Dünya Səhiyyə Təşkilatı (ÜST) hələ ki, heç bir vaksinin olmadığını və virusla mübarizənin çox çətin olduğunu bildirirlər.

COVID-19 pandemiyasına qarşı ABŞ-ın aparıcı elm mərkəzləri də intensiv tədqiqatlara start veriblər və koronavirusa qarşı vaksinin hazırlanmasında antitela testləri tətbiq etməyi düşünürlər. Maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın nəhəng korporasiyalarından sayılan City Group-un başladığı bu araşdırmalar tanınmış azərbaycanlı alim, dünya şöhrətli ağ ciyər cərrahı və pulmanoloq, doktor Xəyyam Məmmədovun hazırladığı elmi təkliflər əsasında reallaşıb.

Hələ bu ilin Yanvar ayından bir sıra ölkələrdə yayılmağa başlayan koronavirus pandemiyasına qarşı araşdırmalara başlayan Xəyyam Məmmədov bu virusa qarşı effektiv mübarizə aparmaq üçün sağalmış pasientlərin antitellərindən istifadənin vacibliyini ortaya çıxarıb və hazırladığı təkliflər paketini ABŞ-ın Con Hopkins Universitetinə təqdim edib. Azərbaycanlı həkimin işləyib hazırladığı təkliflər paketinə ciddi yanaşan Con Hopkins Universitetinin alimləri öz laboratiyalarında prosesin ilkin sınağını uğurla həyata keçirib və əldə olunan nəticələri ABŞ rəhbərliyinə məruzə ediblər.

Həkim Xəyyam Məmmədov müəyyən edib ki, koronavirusdan sağalan pasientlərin entitelləri həmin insanların qanında yoluxma baş verdikdən sonra bir ay, hətta bir-neçə il müddətdə qala bilir. Bu baxımdan həmin antitellərin nümunələrini süni laboratoriyalarda artıqmaqla COVID-19-a qarşı vaksin hazırlamaq mümkündür. Azərbaycanlı alim onu da bildirir ki, bu üsul o zaman effektiv ola bilər ki, bir dəfə koronavirusa yoluxub sağalmış şəxsin təkrar yoluxmasının mümkün olmadığı elmi şəkildə sübut edilsin və belə olan halda bu vaksinlərdən istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, əslən Qax rayonundan olan Xəyyam Məmmədov uzun illər Azərbaycanda Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimi vəzifəsində çalışıb.

Facebookda şərh edin