Azərbaycanda koronavirusa yoluxanların sayı 580-i ötdü – RƏSMİ

18:01 | 5 Aprel, 2020

Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Facebookda şərh edin