Qax sakini etiraz etdi: “Camaat acından ölür, necə evdə qalaq?! Polis hamını həbs edəcəkmi?!”

19:53 | 5 Aprel, 2020

Bugündən başlayaraq, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində səbəbsiz yerə evdən çıxmağa görə qanunla nəzərdə tutulmuş cərimələr tətbiq edilməyə başlayıb. Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Qax.org.az xəbər verir ki, sosial şəbəkələrdə isə karantin rejiminin tələblərinə etiraz edən vətəndaşlara rast gəlinir. Belə ki, Qax rayonu Əlibəyli kənd sakini Osmanov Vüqar özünün Facebook sosial şəbəkəsində video müraciət edərək, karantin rejimi qaydalarını sərt tənqid edib və Qaxda əhalinin guya “acından öldüyünü və polisin küçəyə çıxan sakinləri həbs etdiyini” deyib: “Deyirlər ki, küçəyə çıxma, evdə qal. Camaat acından ölür, bir qarın çörək üçün gedib hardasa işləməlidirlər axı. Heç bunu düşünən yoxdur. Polis də küçədə camaatı həbs edir. Neçə nəfər həbs edəcəksiz, ay Qax polisi?! Polis Şöbəsində 7 dənə kamera var. Neçə nəfəri dolduracaqsız ora?!”

Facebookda şərh edin