Qax Peşə Liseyində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

21:14 | 5 Aprel, 2020

Qax Peşə Liseyində Aprel döyüşləri və ya Dördgünlük müharibəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirlərlə yanaşı, Aprel döyüşlərində iştirak etmiş Şotavar kənd sakini Ayaz Cumayev, eləcə də liseyin tələbəsi Ramazan Aşurlu da iştirak edib. Tədbirə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin əməkdaşı Emil Quliyev də qatılıb.

Facebookda şərh edin