Qaxda birmərtəbəli ev yanıb

09:15 | 11 Aprel, 2020

Qax rayonununda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Zəyəm kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebookda şərh edin