Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxdu, 62 nəfər sağaldı

16:48 | 14 Aprel, 2020

Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 351 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Facebookda şərh edin