Qaxda Koronavirus pandemiyası ilə mübarizə istiqamətində sakinlərlə maarifləndirici söhbətlər davam etdirilir

19:11 | 15 Aprel, 2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonumuzda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatlarınnümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılmış, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılmışdır. Həmçinin rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanılmışdır.

Facebookda şərh edin