Qaxda avtomobil gənc oğlanı vurdu

21:55 | 18 Aprel, 2020

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qıpçaq kəndində qeydə alınıb.

Həmin kəndin sakini 23 yaşlı Ramazan Elxan oğlu Cəbiyevi “10-KV-239” dövlət seriya nişanlı, “VAZ-21099” markalı avtomobil vurub. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Kənd sakinlərinin sözlərinə görə, xəsarət alan R.Cəbiyev ruhi xəstədir.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin