Bomboş qalan cənnət məkan – Qaxda sükutdan qulaq tutulur

23:01 | 18 Aprel, 2020

“Sputnik Azərbaycan” agentliyi Qax rayonunun mərkəzi küçələrinə, eləcə də İlisu kəndinə baş çəkib və rejimə necə riayət edildiyini müşahidə edib

Azərbaycanda “COVID-19” virusunun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılıb. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmiş xüsusi karantin rejiminə görə Azərbaycanın dilbər guşəsi sayılan Qax rayonu və onun qədim İlisu kəndində həyat sanki dayanıb. Sözügedən kənd rayonun, eləcə də Azərbaycanın ən çox turist qəbul etdiyi bölgələrdən biridi.

Bir vaxtlar turistlərin bol olduğu məkanda indi ancaq yerli sakinlərə rast gəlmək olar. Onlar da heyvanlarını otlaqdan gətirib tez evlərinə gedirlər. Boş qalan küçələr, qulaq batıran səssizlik insanı kədərləndirir.

Fotolar Şahpəri Abbasovaya məxsusdur.

Facebookda şərh edin