Azərbaycanın internetlə təchizatında çətinliklər yaranıb

18:19 | 21 Aprel, 2020

Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb.

“Report”un əldə etdiyi məlumata görə, ölkəyə xaricdən interneti gətirən ana provayderlər problemlə üzləşiblər.

“Çətinlik bütün internet kanallarında deyil, əsasən yüklü kanallarda qeydə alınıb. Hazırda yaranmış fasilənin səbəbi araşdırılır. İlkin ehtimala görə, Rusiya üzərindən ölkəmizə daxil olan internet kanalında problem var. Ümid edirik ki, qısa zaman ərzində problem həll ediləcək”, – İKT sektorundakı mənbə bildirib.

Facebookda şərh edin