Azərbaycanda regionlar üzrə koronavirusa yoluxma statistikası açıqlanıb – Şəki-Zaqatala-Qax – 1,27% təşkil edir

00:24 | 25 Aprel, 2020

Azərbaycan Respublikasında bölgələr üzrə koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.

“Report” xəbər verir ki, statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı açıqlayıb.

O bildirib ki, koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb:

“Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16%, Aran zonasında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə- Qazax zonasında 7,62%, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07%, Şəki-Qax-Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda 0,27% təşkil edib”.

Facebookda şərh edin