Qax rayonu Ağyazı kənd sakini Prezident İlham Əliyevə məktub yazıb: “Sizə bu çətin dövrdə gördüyünüz işlərdə yeni uğurlar arzulayırıq”

12:57 | 1 May, 2020

Hörmətli cənab Prezident.

Son vaxtlar dünyada geniş yayılmış koronavirus pandemiyası təəssüf ki, dövlətimizdən də yan keçməyib. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu çətin, mürəkkəb dövrdə xalqımızın sağlamlığı, sosial rifahı və müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Bu istiqamətdə görülən işlərdən biri də vətəndaşların sosial işçi layihəsi çərçivəsində mənim kimi minlərlə vətəndaşa iş yerlərinin verilməsidir. Sizə bu çətin dövrdə gördüyünüz işlərdə yeni uğurlar arzulayırıq. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Hörmətlə,

Əlləzov Məhəmməd Eyvaz oğlu

Azərbaycan Respublikası, Qax rayonu, Ağyazı kəndi.

Facebookda şərh edin