Qax şəhər 2 saylı orta məktəbin direktoru Şəkər Abdullayeva Prezident İlham Əliyevə məktub yazıb: “Biz ziyalılar həmişə Sizinləyik.”

13:03 | 1 May, 2020

Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası doğma yurdumuzdan da yan keçmədi. Ölkəmiz dəhşətli xəstəliyin yaratdığı çətinliklərlə üzləşdi. Lakin Sizin uzaqgörənliyiniz sayəsində bu xəstəliyin fəsadları digər ölkələrlə, hətta inkişaf etmiş dövlətlərlə müqayisədə Azərbaycanda daha az hiss edildi. Sizin ölkəmizi bütün sınaqlardan uğurla çıxmasını həmişə təmin edən qətiyyətli addımlarınız və söylədiyiniz “Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür” fikri xalqımızın bu sınaqdan üzüağ çıxacağına inamı artırdı.

Rəhbər və xalqın vəhdəti, ölkə başçısına dərin etimad öz bəhrəsini verdi. Sizin böyük uzaqgörənliklə gördüyünüz tədbirlər dünyaya nümunə oldu. Bu dövrdəki fəaliyyətiniz ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaqdır. Biz əminik ki, ölkəmizin gələcəyi daha parlaq olacaqdır. Sizə inanır və güvənir. Çətin bir dövrdə xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Biz ziyalılar həmişə Sizinləyik. Sizə cansağlığı və firavan həyat arzulayıram. Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Abdullayeva Şəkər Məhəmməd qızı, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Qax rayonu.

Facebookda şərh edin