Qax sakini Biləsuvarda karantin rejiminin qaydalarını pozduğuna görə saxlanılıb

14:49 | 3 May, 2020

Biləsuvarda karantin rejiminin qaydalarını pozan dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda “Kia Rio” markalı avtomobilin sürücüsünə “Saxla!” əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.

Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər.

Həmin şəxslər Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

Saxlanılarkən onların Bakı şəhər sakini Ə.Mustafazadə, Qax rayon sakini S.Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K.Gülhüseynzadə olduqları müəyyən edilib.

Xüsusi karantin rejimi qaydalarını pozanlar rayon məhkəməsinin qərarı ilə həbs olunublar.

Facebookda şərh edin