Zəyəm kənd sakini Prezident İlham Əliyevə məktub yazıb: “Kəndimiz adından Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm”

15:06 | 3 May, 2020

Möhtərəm cənab Prezident.

Qürurla deyə bilərik ki, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu, dövlətimiz tərəfindən zamanında qəbul edilən mükəmməl qərarların müsbət nəticələri artıq göz qabağındadır.

Cənab Prezident, kommunal xərclər üçün limitin artırılması, aztəminatlı və imtiyazlı ailələrə yardım paketlərinin çatdırılması, işsizlərə birdəfəlik ödənişlərin verilməsi, bir sözlə, hər bir azərbaycanlının dövlətimizin diqqət və qayğısının mərkəzində olması Sizin hər zaman vətəndaşları düşünməyinizin aydın təzahürüdür.

Hörmətli cənab Prezident, xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin anında həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə şəxsən öz adımdan, kəndimizin bütün sakinləri adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Baliyev Pənah Şamil oğlu.

Azərbaycan Respublikası, Qax rayonu, Zəyəm kəndi.

Facebookda şərh edin