Əslən Qaxdan olan tanınmış alim Amin Babayev beynəlxalq ordenlə təltif edilib

21:49 | 3 May, 2020

Azərbaycanlı alim yüksək mükafata – “Vernadski” ordeninə layiq görülüb.

APA-nın məlumatına görə, BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Elmi Şurasının qərarı ilə professor Amin Babayev kənd təsərrüfatı sahəsində elmdəki xidmətlərinə görə ən yüksək mükafata – “Vernadski” ordeninə layiq görülüb.

Prof. A. Babayev buna qədər də müxtəlif beynəlxalq mükafatlar alıb. Belə ki, o, elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V.Lomonosov adına Ordeni və 29 iyun 2015-ci il tarixli qərarı ilə “Alim Ulduzu” medalı təltif olunaraq ona əməkdar elm xadimi fəxri adı verilib.

Prof. A.Babayev ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM, FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətli qlobal və bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.

Facebookda şərh edin