Azərbaycanda zəlzələ oldu – Qaxda da yeraltı təkanlar hiss olunub

11:52 | 4 May, 2020

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

“Report”un Şimal-qərb bürosu isə xəbər verir ki, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Facebookda şərh edin