Qax sakinləri icra başçısı Musa Şəkiliyevin fəaliyyətindən razıdırmı? – Onlayn sorğuda iştirak edin

22:38 | 4 May, 2020

Aprelin 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevin bu vəzifədə çalışmasının 10 ili tamam olub. Bir icra başçısının fəaliyyətinə qiymət vermək üçün kifayət qədər böyük zaman kəsiyidir.

Qax.org.az saytı olaraq, Qax sakinlərinə belə bir sual ilə müraciət etmək qərarına gəldik.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin fəaliyyətindən razısızmı?

  • Ümumiyyətlə heç bir fəaliyyəti yoxdur (43%, 515 Səs)
  • Çox yaxşı işləyir (36%, 431 Səs)
  • Zəif işləyir (11%, 135 Səs)
  • Normal işləyir (10%, 122 Səs)

Cəmi səs verənlər: 1. 203

Loading ... Loading ...

15 gün ərzində davam edəcək onlayn sorğuda yalnız Qax rayonu sakinlərinin iştirak etməsi xahiş olunur. Sorğunun nəticələrinə əsasən, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevin fəaliyyəti ilə bağlı geniş yazı dərc ediləcək.

 

ŞƏKİLİYEV MUSA ŞABAN OĞLU

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.
Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Facebookda şərh edin