DTX icra hakimiyyətində əməliyyat keçirir

13:20 | 5 May, 2020

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirir.
“Report” xəbər verir ki, DTX əməkdaşları hazırda icra hakimiyyətinin binasında və icra başçısının otağında əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir.

Facebookda şərh edin