TƏBİB vətəndaşları tibbi maska taxmağa çağırdı

18:17 | 9 May, 2020

“Hər bir vətəndaşımız bilməlidir ki, tibbi maskadan istifadə məcburidir. Hər birimiz qaydalara riayət etməliyik”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Masaklardan istifadənin məcburi olması tibbi maskaya tələbatın artmasına gətirib çıxara bilər, amma Azərbaycanda bununla bağlı problem yoxdur. Güman etmirik ki, maska qıtlığı yaransın, amma qıtlıq olsa belə, bu bəhanə olmamalıdır. Ev şəraitində parçalardan da maska hazırlamaq mümkündür”, –  o qeyd edib.

Facebookda şərh edin