İntensiv yağışlar Qaxın bəzi kəndlərində yararsız yollarla bağlı problemi üzə çıxarıb
Son günlər respublika ərazisində yağan intensiv yağışlar Qax rayonunda da bir sıra fəsadlara səbəb olub. Belə ki, Qax şəhərində bəzi küçələrdə kanalizasiya sisteminin yararsız vəziyyətdə olması aramsız yağışlar zamanı öz təsirini göstərir. Ötən gün rayon ərazisində yağan yağışlar isə bir sıra kəndlərdə dözülməz vəziyyətə səbəb olub. Belə ki, rayonun Oncallı kəndinin sakinləri redaksiyamıza müraciət edərək, kənd ərazisində yolların palçıqlı olmasını və gölməçələrin dərinləşdiyini bildiriblər.
Müvafiq yerli qurumlar isə məsələ ilə bağlı hər hansı addım atmağa tələsmirlər.

Facebookda şərh edin