Qaxda qanvermə aksiyası keçirilib

18:21 | 13 May, 2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək istiqamətində mayın 12-də şəhər poliklinikasında qanvermə aksiyası keçirilmişdir.

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən bu aksiyada rayon ictimaiyyətinin könüllüləri, idarə, müəssisə, təşkilatların əməkdaşları iştirak etmişlər.

Facebookda şərh edin