Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

18:23 | 13 May, 2020

Qax Dövlət Kukla Teatrında fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər davam edir.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rejissor, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Afət Yaqubova, Elnarə Razıyeva, Nuru Mustafayev və başqaları ifa edirlər. Tamaşanın rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Repertuar plana əsasən hazırlanan tamaşa iyunda uşaqlara təqdim olunacaq.

Teatrın direktorunun sözlərinə görə, yaradıcı kollektiv “Turp” rus xalq nağılı əsasında eyniadlı tamaşa üzərində məşqləri isə artıq başa çatdırıb. Tamaşaya ictimai baxış koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi başa çatdıqdan sonra keçiriləcək.

Facebookda şərh edin