Qaxda birinci rübdə 56 yeni iş yeri açılıb
Cari ilin birinci rübündə Qax rayonunda 56 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 30-u səhiyyə və sosial xidmət, 12-si kənd təsərrüfatı, 6-sı sənaye, qalanları isə yerli dövlət idarəetmə və ticarət sahələrini əhatə edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ümumiyyətlə, regionların inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində bu ilin birinci rübü də daxil olmaqla, son 10 ildə Qax rayonunda 4 min 497-si daimi olmaqla, 5 min 133 yeni iş yeri açılıb.
Facebookda şərh edin