Nazirlər Kabineti: Postların ləğvi nəzərdə tutulmur

19:11 | 15 May, 2020

“Karantin rejimi tam ləğv olunmayıb. Ona görə də postların ləğvi nəzərdə tutulmur”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına Daxili İşlər Nazirliyi nəzarət edir: “Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək”.

O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir.

İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: “Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin”.

Facebookda şərh edin