Qaxda azyaşlını it dişləyib

21:56 | 19 May, 2020

Qaxda azyaşlını sahibsiz it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Uzuntala kənd sakini, 2014-cü il təvəllüdlü Ruhi Səfər qızı Mahmudzadə it dişləmsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Məlum olub ki, R.Mahmudzadəyə yaşadığı kəndin ərazisində sahibsiz it hucum edib və onun sağ ayağının daban nahiyəsindən dişləyib. R.Mahmudzadəyə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Vüqar Heydərov

Facebookda şərh edin