Bir qrup Qax sakini Prezident İlham Əliyevə məktub yazıb: “Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız”

22:00 | 19 May, 2020

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.

Qax.org.az saytı Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların daha bir qismini təqdim edir.

Qax rayonunun sakinləri Ağa Ramazanov, Bahar Həsənova, Elnur Məmmədli, Ayxan Abdullayev, Rövşən İbrahimov və Elnur Əhmədli yazırlar: “Hörmətli cənab Prezident, xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir, yəni, daha da pis nəticələr ola bilərdi. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunmuşdur. Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir. Çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz”.

Facebookda şərh edin