Qaxda bu günədək 400 hektar sahədə tütün əkilib

04:50 | 2 İyun, 2020

Bu il Qax rayonunun təsərrüfatlarında 500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Hazırda rayonda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 305 hektarı “Viciniya botaniki”, 95 hektarı yerli “İmmuniy” növlü olmaqla, 400 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.

Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda dən üçün qarğıdalı səpini isə artıq yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1720 hektar sahəyə qarğıdalı səpiblər. Cari mövsümdə rayonda 1750 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur.

Facebookda şərh edin