Qaxın Almalı kəndinə dolu yağıb – VİDEO

00:02 | 4 İyun, 2020

Bu gün Qax rayonu ərazisində hava şəraiti kəskin dəyişib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Almalı kəndinə dolu yağıb.

Təxminən 5 dəqiqə davam edən dolunun diametri 5-20 millimetr olub. Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və bəzi rayonlara ildırımla müşahidə olunan leysan yağışları yağıb və dolu düşüb.

Facebookda şərh edin