Qaxda 29 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb

12:30 | 18 İyun, 2020

Qaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şümal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Vaxtangi Tamazaşvili qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. V. Tamazaşvilinin üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. V. Tamazaşvilinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı V. Tamazaşvilinin həmkəndlisi Nikolozi Sikmaşvili ilə aralarında olan mübahisə zamanı bıçaqlandığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Facebookda şərh edin