Qax polisi bugün imtahan verən valideyn və abituriyentlərlə maarifləndirici söhbətlər aparıb

20:08 | 18 İyun, 2020

Bu gün ümumi və tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində imtahanların keçirildiyi təhsil müəssisələrinin qarşısında xidmət aparılır.
Yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə valideyn və abituriyentlərlə maarifləndirici söhbətlər aparılıb. Onlara sosial izolyasiya qaydaları izah olunub, tibbi maskadan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Həmçinin, abituriyentlərə və valideynlərə polis əməkdaşları tərəfindən tibbi maska və su paylanılıb.

Facebookda şərh edin