Bir qrup Qax sakini Prezident İlham Əliyevə müraciət ediblər: “Çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz”

20:25 | 20 İyun, 2020

Hörmətli cənab Prezident.

Xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir, yəni daha da pis nəticələr ola bilərdi. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunmuşdur.

Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir.

Çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz.

Hörmətlə,

Ramazanov Ağa

Həsənova Bahar

Məmmədli Elnur

Abdullayev Ayxan

İbrahimov Rövşən

Əhmədli Elnur

Azərbaycan Respublikası, Qax rayonu.

Facebookda şərh edin