Milli Məclisin deputatları koronavirus testindən keçirilib – cavablar sabah açıqlanacaq

18:30 | 21 İyun, 2020

Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.

Bu barədə “Report”a Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

İyunun 20-də Milli Məclisin deputatı Sahib Alıyev “Report”a koronavirusa yoluxduğunu bildirib.

Facebookda şərh edin