Qax rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi “Tərəqqi” medalı ilə təltif olunub

19:26 | 23 İyun, 2020

Ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif etmişdir.
Sevindirici haldır ki, təltif olunanlar arasında Qax rayonu İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Kuzikevxaşvili Luiza Vasoyevna da var.
Cənab Prezident İlham Əliyevin 23 iyun 2020-ci il tarixli sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kuzikevxaşvili Luiza Vasoyevna isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Facebookda şərh edin