Prezident İlham Əliyev sərəncam imzaladı: Aynur Sofiyeva 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

00:43 | 24 İyun, 2020

Ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif edib.
Sevindirici haldır ki, təltif olunanlar arasında rayonumuzun fəxri, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sofiyeva Aynur Məmmədiyyə qızı da var.
Cənab Prezident İlham Əliyevin 23 iyun 2020-ci il tarixli sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sofiyeva Aynur Məmmədiyyə qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Facebookda şərh edin