Qaxda mağaza soyan keçmiş məhkum saxlanıldı – 1 250 manat pul oğurlayıb

17:10 | 26 İyun, 2020

Qax rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Qax Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1 250 manat pul oğurlamaqda şübhəli bilinən Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Facebookda şərh edin