Hacı Nuran Hüseynov: “Bugün Qaxda hamı icra başçısından ağız dolusu danışır”

14:35 | 27 İyun, 2020

Bu günlərdə tanınmış aparıcı Hacı Nuran Hüseynov Qax rayonunda səfərdə olub və sonra özünün Facebook səhifəsində icra başçısı Musa Şəkiliyev barədə bu ürək sözlərini paylaşıb: “Elə insanlar var ki, onlara bacarığını və istedadını göstərmək üçün azacıq etimad və etibar kifayətdir… Ki … Dağı dağ üstünə qoysunlar … Mən bunun bariz nümunəsini Musa Şaban oğlu Şəkiliyevin simasımda gördüm … Birdən elə düşünərsiz ki, onu tərifləyirəm … Qətiyyən … Çünki onun tərifə ehtiyacı yoxdur … Zatən görülən işlər göz önündədir … Böyük Qafqazın dağlarının incilərindən sayılan Qaxı bu gün Avropanın kişik şəhərlərindən birinə bənzədən, ən kiçik dağ kəndindən tutmuş rayon mərkəzinə qədər hər yerə asfalt döşəyən, infrastrukturu yeniləyən, ucu-bucağı görünməyən meyvə bağları salan, hətta yeri gələndə bağbanlara qoşulub iməclik edən bir icra başçısından necə danışmayasan axı … İnanın, səmimiyyətimə, mən göz və qulaq şahidiyəm … Bu gün Qaxda kimi dindirsən İcra Hakimiyyəti başçısının işindən ağızdolusu danışacaq … Necə deyərlər, görünən dağa nə bələdçi? … Bu gün Qaxda bekar adam yoxdur … Hamı üçün iş var … Bu da o deməkdir ki, daha iş dalınca, dolanışıq üçün Rusiyaya, Türkiyəyə üz tutmağa gərək yoxdur … Elə doğma Qaxda qalıb, həyatı 180 dərəcədə dəyişdirmək olar … Çünki bu gün Qax sanki kiçik bir Avropa şəhəridir … Burda yaradılan şərait belə deməyə əsas verir çünki … Yetər ki, işləməyə həvəs və şövq olsun …”

Qeyd edək ki, Hacı Nuran Hüseynovun bu sözləri sosial şəbəkələrdə sərt tənqidlərə məruz qalıb. Qax rayonu sakinləri Hacı Nuranın bu fikirlərinin həqiqətə uyğun olmadığını və icra başçısı Musa Şəkiliyevin son vaxtlar fəaliyyətinə yönəlik tənqidləri gizlətmək üçün ucuz reklama əl atdığını düşünürlər.

Facebookda şərh edin