Qaxlı gənclər pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirirlər

15:08 | 29 İyun, 2020

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulan Qax rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirir, onlara koronavirus pandemiyasına qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayırlar.

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iyunun 29-da keçirilən növbəti aksiya zamanı gənclər koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Nümunəvi obyekt”, “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, ticarət və iaşə obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.

Mərkəzin direktoru belə tədbirlər davamlı xarakter daşıdığını vurğulayıb.

Facebookda şərh edin