Qaxda karantin qaydalarını pozan “El Bağça”nın fəaliyyəti dayandırılıb
Ölkədə tətbiq olunan sərt karantin rejimi dönəmində bir sıra obyektlərin qeyri-qanuni olaraq, fəaliyyət göstərməsi barədə mütəmadi məlumatlar daxil olmaqdadır. Qax rayonunda fəaliyyət göstərən “El Bağça”nın müdriyyəti öz müştərilərinə mesaj göndərərək, İyun ayının 22-dən fəaliyyətə başladıqlarını bildirib və uşaqları bağçaya gətirmələri üçün valideynlərə müraciət edib.
Bir-neçə həftə qeyri-qanuni fəaliyyət göstərən “El Bağça” ötən həftə yenidən bağlanıb.
İnanırıq ki, ölkədə tətbiq edilən sərt karantin rejiminin tətbiqinə Qax rayonunda da yetərincə nəzarət olunacaq.
Facebookda şərh edin