Qax sakini saxlanıldı – motosiklet sürücüsünü vurub
Abşeronda yol qəzası baş verib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də Abşeron rayonu ərazisində “Haojue” markalı motosikleti vurub, Teymur Teyyubovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Qax rayon sakini N.Cumayev saxlanılıb.
Facebookda şərh edin