Qaxın tanınmış gənc aktyoru imicini dəyişdi – Türkiyənin serial şirkətindən yeni təklif alıb

00:12 | 11 İyul, 2020

Qaxın tanınmış gənc aktyoru, dəfələrlə Türkiyədə müxtəlif filmlərdə çəkilən Şəmsəddin Quliyev Türkiyədən yeni film təklifi alıb. “Gold” film şirkətinin payız aylarında çəkilişlərinə başlayacaq yeni serialda rol alacaq Şəmsəddin Quliyev Sentyabr ayında İstanbul şəhərinə yollanacaq.

Filmdə özünəməxsus rolu canlandıracaq istedadlı aktyor indidən zahiri görünüşündə, xüsusən də saç düzümündə dəyişiklik edib. Sosial şəbəkələrdə maraqla qarşılanan bu imicin Şəmsəddin Quliyevə yaraşdığı deyilir.

Gənc olmasına baxmayaraq, artıq kino sənayesində ulduzlarla birlikdə çalışan gənc aktyor bundan əvvəl Türkiyənin Kanal D Televiziyasında yayımlanan “Bir Litre Gözyaşı” dizisində çəkilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəmsəddin Quliyev Akademik Milli Dram Teatrında çalışıb. Hazırda Qax Xalq Teatrında çalışan istedadlı aktyor sonuncu dəfə Bozbaş Pictures filmindəki rolu ilə sosial şəbəkələrdə populyarlıq qazanmışdı.

Facebookda şərh edin