Qaxda polislər ilan sancan şəxsin həyatını xilas ediblər

18:59 | 27 İyul, 2020

Qax Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları rayonun Qıpçaq kəndi ərazisində xidmətdə olan zaman yol kənarında dayanan avtomobildəki sürücü və sərnişinlərin təlaş içində olduğunu görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar. Sürücü, avtomobildə sərnişin qismində olan şəxsi ot biçən zaman ilan sancdığını və təcili olaraq xəstəxanaya çatdırılmalı olduğunu, ancaq avtomobilindəki nasazlıq səbəbindən vaxt itirdiklərini bildirib. Polis əməkdaşları Mansur Rəsulov və Bəhruz Qurbanlı dərhal həmin şəxsi öz xidməti avtomobillərinə əyləşdirərək, onu tez bir zamanda Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən ona lazımi tibbi yardım göstərilib və ilan sancan şəxsin həyatını xilas etmək mümkün olub.

Facebookda şərh edin