Qaxa qonaq gedən 7 nəfər cərimələnib

01:44 | 29 İyul, 2020

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 belə şəxs aşkar olunub. Onlara karantin rejiminin qayda və tələbləri izah olunub. Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Vüqar Heydərov

Facebookda şərh edin