Müğənni Vüqar Muradov karantin rejimindən danışdı: “Yalnış qərarlarla xalqı pis vəziyyətə qoymusuz” – VİDEO

02:51 | 5 Avqust, 2020

Avqustun 31-ə qədər uzadılan xüsusi karantin rejimi ilə bağlı bir çox tanınmış şəxslər sosial şəbəkələrdə etiraz dolu açıqlamalar səsləndirirlər. Əslən Qax rayonundan olan tanınmış müğənni Vüqar Muradov da ötən gün sosial şəbəkələrdə sərt video müraciət ünvanlayıb.

Karantin rejimini ilə bağlı yalnış qərarlar verildiyini və nəticədə xalqın pis vəziyyətə düşdüyünü deyən Vüqar Muradov “artıq bıçağın sümüyə dirəndiyini” bildirib.

Müğənninin bu müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Facebookda şərh edin