Qaxda qadın 6 000 manatlıq qızıl oğurladı

01:49 | 12 Avqust, 2020

Qax rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda  şübhəli bilinən rayon sakini K.Nəzərəliyevasaxlanılıb.

Facebookda şərh edin